AZ

KİV: Stiven Uitkoff gəzən fəlakətdir

BAKI, 21 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya ilə danışıqlarda səhvlərə yol verib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin “Foreign Policy” jurnalı yayıb.

Nəşr Uitkoffu "gəzən fəlakət" adlandırıb.

İddia olunur ki, Rusiya Prezidenti Vladimir Putinlə son görüşündən sonra Uitkoff ötürülən mesajı səhv şərh edib.

Jurnal yazır ki, belə səhvlərin baş verməsi təəccüblü deyil, çünki xüsusi nümayəndə öz görüşlərinə ABŞ Dövlət Departamentinin və Milli Təhlükəsizlik Şurasının ekspertlərini buraxmır.

Məqalədə qeyd olunur ki, Uitkoff daha əvvəl sülh nizamlanması kontekstində adı çəkilən bəzi regionların adlarını bilmədiyi üçün tənqid edilib.

Seçilən
104
teleqraf.com

1Mənbələr