AZ

Suriyanın bu ölkədəki səfirliyi fəaliyyətini bərpa etdi - 13 ildən sonra

Suriyanın Liviyadakı səfirliyi 13 ildən sonra fəaliyyətini bərpa edib.

Publika.az xəbər verir ki, bu barədə Tripolidəki Milli Razılıq Hökuməti məlumat yayıb.

Məlumata görə, Suriya Xarici İşlər Nazirliyinin nümayəndə heyəti artıq Liviyanın paytaxtında yerləşən müvəqqəti qərargahında konsulluq xidmətləri göstərməyə başlayıb.

Xatırladaq ki, bundan əvvəl Suriya ilə Liviya arasında birbaşa uçuşlar uzun fasilədən sonra bərpa edilmişdi.

Seçilən
47
9
publika.az

10Mənbələr