AZ

"Meloni planı" Ukraynanın NATO-ya üzvlüyünü nəzərdə tutmur, amma...

İtaliyanın Baş naziri Ciorcia Meloni NATO üzvü olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verməyi təklif edib.

“İki sahil” xəbər verir ki,  bu barədə “Bloomberg” mənbələrə istinadla yazır.

O, Rusiya ilə münaqişənin bərpa olunacağı təqdirdə Kiyevin müttəfiqlərini 24 saat ərzində hərbi dəstək barədə razılığa gəlməyə çağırıb.

Agentlik bu formatı “NATO-Lite” adlandırır. Mənbələr qeyd edirlər ki, "Meloni planı" Ukraynanın alyansa üzvlüyünü nəzərdə tutmur, lakin o, Alyansın Nizamnaməsinin 5-ci maddəsinə bənzər kollektiv yardım mexanizmi təklif edir və qoşunların yeridilməsi halında cavab tədbirlərinin dərhal əlaqələndirilməsinə imkan verir.

Dəstək variantları arasında Kiyevə operativ və davamlı müdafiə və iqtisadi yardımın göstərilməsi, Ukrayna ordusunun gücləndirilməsi və Rusiyaya qarşı sanksiyaların tətbiqi var.

Seçilən
12
3
ikisahil.az

4Mənbələr