AZ

“Real Madrid” də İsak yarışına qoşuldu

“Nyukasl”ın hücumçusu Aleksandr İsakla bağlı transfer gərginliyi davam edir.

90deqiqe.Az-ın "Le10sport"a istinadən məlumatına görə, forvardla maraqlanan klubların sırasına “Real Madrid” də qoşulub.

Bununla belə, Madrid klubunun konkret addım atıb-atmayacağı hələ məlum deyil. “Nyukasl” isə 25 yaşlı futbolçunu 150 milyon avrodan aşağı qiymətə buraxmaq istəmir.

Digər tərəfdən, “Liverpul”un isveçli üçün yeni təklifini yalnız Premyer Liqanın II turunda bu komandanın “Nyukasl”la keçirəcəyi oyundan (25 avqust) sonra irəli sürəcəyi gözlənilir.

Xatırladaq ki, La Liqanın I turunda “Real Madrid” səfərdə “Osasuna”nı 1:0 hesabı ilə məğlub edib.

Seçilən
53
90deqiqe.az

1Mənbələr