AZ

ABŞ BCM-in əməkdaşlarına sanksiya tətbiq etdi

Amerika Birləşmiş Ştatları Beynəlxalq Cinayət Məhkəməsində çalışan dörd şəxsə qarşı sanksiya tətbiq edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bildirilir ki, 2 hakim və 2 prokuror Haaqada yerləşən beynəlxalq müharibə cinayətləri tribunalında amerikalıların və israillilərin mühakimə olunmasında mühüm rol oynayıb. Həmin hakimlər kanadalı Kimberli Prust və fransalı Nikola Qiyu, prokurorlar isə Ficidən olan Nazhat Şamem Xan və seneqallı Mame Mandiaye Nianqdır.

Qeyd edək ki, Tramp administrasiyası məhkəmənin baş prokuroru Kərim Xana qarşı da sanksiya tətbiq edib. Ötən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsinin hakimlər kollegiyası İsrailin Baş naziri Benyamin Netanyahu və onun keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verdikdən sonra ABŞ Prezidenti Donald Tramp tərəfindən məhkəməyə sanksiya tətbiq olunub.

Seçilən
20
4
publika.az

7Mənbələr