AZ

Daha bir əfsanə karyerasını başa vurdu

Keçmiş basketbolçu Con Uoll peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, 34 yaşlı amerikalı sosial şəbəkədə paylaşım edərək bunları yazıb:

“Bu gün meydançadan gedirəm, amma oyundan yox. Basketbol həmişə həyatımın bir parçası olacaq və qarşımda yeni imkanlar açılır. Hiss edirəm ki, indi həyatımın növbəti fəslinə inamla keçmək üçün ən doğru zamandır”.

Con Uoll 2010–2023-cü illər aralığında NBA-da çıxış edib. 2022/23 mövsümündə o, 34 oyunda orta hesabla 11,4 xal, 2,7 ribaund və 5,2 assistlə yadda qalıb. O, “Vaşinqton”, “Hyuston” və “Klippers” komandalarının heyətində çıxış edib.

Seçilən
5
2
publika.az

3Mənbələr