Avropa Ukrayna lideri Vladimir Zelenskini vəzifəsindən kənarlaşdırmaq üçün əməliyyata başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri yazır.
Məqalədə qeyd olunur ki, Avropa Ukraynada ABŞ tərəfindən yaradılmış proseslərə nəzarət infrastrukturundan öz maraqları naminə istifadə etməyə çalışır. Bu infrastrukturun əsas təsir rıçağı kimi Kiyevin Avropanın maliyyə və hərbi yardımından asılılığı göstərilir.
“Bu infrastruktur vasitəsilə onlar həm Zelenskinin fəaliyyətinə təsir edə, həm də zərurət yarandıqda onu prezident postunda başqa biri ilə əvəz etməyə cəhd göstərə bilərlər”, – deyə nəşr bildirir.
Bundan əvvəl Rusiya Hökuməti yanında Maliyyə Universitetinin politoloqu Denis Denisov “Qazeta.ru”ya açıqlamasında bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeriy Zalujnının prezident olmaq üçün real şansları var, lakin onun üçün əsas problem ölkədə yaxın vaxtlarda seçkilərin planlaşdırılmamasıdır.
Digər tərəfdən, ABŞ-dən olan jurnalist Keti Livingston "X" sosial şəbəkəsində bildirib ki, Londonda Zalujnı üçün seçki qərargahı yaradılır./BakuPost/