AZ

Azərbaycanın xarici ticarətində dövlət, özəl sektor və fiziki şəxslərin pay bölgüsü açıqlandı

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycana məhsul idxalının həcmi13,6 milyard ABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, idxalda dövlət sektoru 4,9 milyard dollar, özəlsektor 7,5 milyard dollar, fiziki şəxslər isə 1,2 milyard dollarpaya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bugöstəricilər müvafiq olaraq 1,9 dəfə, 6,5% və 9,9% artıb.

Hesabat dövründə dövlət sektorunun idxalda xüsusi çəkisi 35,67%,özəl sektorun 55,46%, fiziki şəxslərin isə idxalda payı 8,87%-əbərabər olub.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandanməhsul ixracının dəyəri 15,2 milyard ABŞ dolları olub.

Məlumata görə, ixracda dövlət sektoru 6,8 milyard dollar, özəlsektor 8,4 milyard dollar, fiziki şəxslər isə 66,2 milyon dollarpaya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bugöstəricilər müvafiq olaraq 6,6%, 4,3% və 17,9% azalıb.

Hesabat dövründə dövlət sektorunun ixracda xüsusi çəkisi 44,47%,özəl sektorun 55,10%, fiziki şəxslərin isə idxalda payı 0,43%-əbərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanxarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Seçilən
164
2
az.trend.az

3Mənbələr