AZ

Balıq tutanların torpaq uçqunu altında qalmalarının TƏFƏRRÜATI

Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunun Qobustan kəndində ölümlə nəticələnən torpaq uçqununun təfərrüatı məlum olub.

Hafta.az xəbər verir ki, hadisə avqustun 19-da axşam saat 18 radələrində baş verib. Abşeron rayonunun Qobustan kənd sakinləri olan 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov, 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov və onların Abşeron rayonu, Saray qəsəbəsindən olan tanışları kəndin yaxınlığındakı Təzəkənd gölü adlanan əraziyə balıq tutmaq üçün gediblər.

Hadisə vaxtı R.Əhmədov və N.Osmanov eyni ərazidə, Saray qəsəbəsindən olan tanışları isə onlardan təxminən 15 metr aralıda dayanıb, hər üçü balıq tutmağa başlayıb. Təxminən yarım saatdan sonra gölün kənarındakı kiçik qaya parçasında uçqun olub və daş parçası torpaqla birlikdə N.Osmanovla R.Əhmədovun üzərinə tökülüb. Hadisə nəticəsində hər iki şəxs uçqunun altında qalıb.

Onlarla birlikdə balığa gələn üçüncü şəxs dərhal hadisə barədə kənd sakinlərinə məlumat verib və torpaq altında qalan şəxslərin çıxarılmasına başlanılıb. Hadisə nəticəsində N.Osmanov sağ çıxarılsa da, R.Əhmədoun həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti kənd sakinləri tərəfindən çıxarılaraq ailəsinə təhvil verilib.

Seçilən
76
hafta.az

1Mənbələr