AZ

İyul ayında Türkiyədən Türkmənistana mebel ixracı artıb (ÖZƏL)

Baku, TurkicWorld, Zeynəb Raminqızı

Türkiyə 2025-cü ilin iyul ayında Türkmənistana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 66,6 faiz artaraq, 7 milyon 385 min 40 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Türkmənistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz azalaraq, 25 milyon 915 min 34 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 4 milyard 508 milyon 570 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 3 milyard 837 milyon 870 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 7 milyard 901 milyon 149 min dollar məbləğində mebel ixrac edib.

Seçilən
0
14
turkic.world

10Mənbələr