AZ

Azərbaycanda pensiyalar: ən yüksək və ən aşağı məbləğ verilən rayonlar – SİYAHI

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artırılaraq 3628,1 milyon manata çatdırılıb. Sərf olunmuş vəsaitin 97,8 faizini pensiya xərcləri təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2025-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1103,3 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,6 faizi yaşa, 23,0 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,4 faiz artaraq 538,1 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49,0 faizinə bərabər olub.

Paytaxt Bakıda orta aylıq pensiya məbləği 736,71 manat olub. Bakıdan sonra ən yüksək orta aylıq pensiya Naxçıvanda verilib. Burada orta aylıq pensiya məbləği 505,25 manat olub. Naxçıvandan sonra ən yüksək pensiyanın verildiyi şəhər və rayonlar arasında Zəngilan (457,88 manat), Şirvan (456,24 manat), Siyəzən (450,34 manat) ilk sırada yer alıblar.

Seçilən
1
1
banker.az

10Mənbələr