AZ

Deputat: “Turistlərin azalması yeni çağırışlar yaradır”

"Bu ilin ilk 7 ayında Azərbaycana gələn turistlərin sayı 1,7% azalaraq 1,477 milyon nəfər olub. Ərəb dövlətlərindən gələnlərin sayı isə 8,3% azalaraq 237,4 min nəfərə düşüb. Onların arasında ən çox turist Səudiyyə Ərəbistanından (62 min nəfər), BƏƏ-dən (26,6 min nəfər) və Küveytdən (14,7 min nəfər) gəlib".

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Azalmanın əsas səbəblərindən biri Körfəz və MBD ölkələrindən gəlmələrin zəifləməsidir:

"Eyni zamanda Hindistandan gələnlərin də payı azalır. Bu fondda yeni bazarlardan, xüsusilə böyük turizm potensialı olan Çindən daha çox turist cəlb edilməsi zərurəti ön plana çıxır. Hazırda Çindən gələnlərin payı cəmi 2,3%-dir. Turizm Azərbaycanda neftdən sonra ən çox valyuta gətirən sahədir. Pandemiyadan əvvəl illik gəlir 2,7 milyard dollara yaxın idi. Sektor məşğulluğa da ciddi töhfə verir. Ona görə də infrastrukturun inkişafı və qiymətlərin optimallaşdırılması pre-pandemiya göstəricilərinə tez zamanda çatmaq üçün vacibdir".

 

Pərvanə Fərhadqızı

Seçilən
37
qht.az

1Mənbələr