AZ

Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olunanların elektron qeydiyyatının vaxtı açıqlanıb

Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesinə 21 avqust saat 11:00-da start veriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 28 avqust saat 18:00-da yekunlaşacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Seçilən
60
30
operativmm.az

10Mənbələr