AZ

İsrail müdafiə naziri Qəzza əməliyyatını təsdiqləyib

“Gideonun arabaları – 2” əməliyyatı anklavın simasını dəyişəcək...

Poliqon xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Kats Qəzza şəhərinin ələ keçirilməsi üçün hərbi əməliyyat planını təsdiqləyib. Rəsmi açıqlamaya görə, əməliyyat “Gideonun arabaları – 2” adı ilə həyata keçiriləcək.

Nazir Kats bildirib ki, əməliyyatın sonunda Qəzza şəhəri əvvəlki görkəmdə olmayacaq: “Əməliyyatdan sonra Qəzza dəyişəcək və artıq əvvəlki kimi görünməyəcək”.

Kan tele-radio şirkətinin məlumatına əsasən, yaxın günlərdə İsrail Müdafiə Ordusunun ehtiyat qüvvələrinin əlavə səfərbərliyi barədə qərarın elan olunması gözlənilir. Bu, əməliyyatın genişmiqyaslı hərbi müdaxiləyə çevrilə biləcəyinə işarədir.

Ekspertlərin fikrincə, əməliyyat İsrail-HƏMAS qarşıdurmasında yeni mərhələ aça bilər. Qəzza şəhərinin tam nəzarət altına alınması həm hərbi, həm də siyasi müstəvidə ciddi nəticələr doğura bilər. Analitiklər həmçinin bildirirlər ki, belə bir addım bölgədə humanitar böhranı daha da dərinləşdirə bilər.

Poliqon.info

Seçilən
87
poliqon.info

1Mənbələr