AZ

İsrail TƏSDİQLƏDİ: Qəzza belə ələ keçiriləcək, şəhər tam dəyişəcək KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

İsrailin müdafiə naziri İsrael Katz Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, əməliyyat “Gideonun arabaları 2” adlanır.

Bu barədə “Kan” dövlət televiziyası məlumat yayıb.

“Əməliyyatdan sonra Qəzza şəhəri öz görkəmini dəyişəcək və daha əvvəlki kimi görünməyəcək”, – Katz bildirib.

Dövlət televiziyasının məlumatına görə, yaxın vaxtlarda İsrail ordusu ehtiyatında olan hərbçilərin səfərbər olunması ilə bağlı açıqlama yayacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
1
konkret.az

4Mənbələr