ain.az, Baku.ws portalına istinadən məlumat verir.
Futbolçularımı qələbə münasibətilə təbrik edirəm.
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə Macarıstanın "Ferentsvaroş" klubuna 3:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, komandasını sonadək mübarizə apardığını bildirib: "Onlar bu cür təzyiqə baxmayaraq, əzmkar çıxış etdilər. Hər iki klubun azarkeşlərinə təşəkkür edirəm. Bura Çempionlar Liqasıdır və hesab bizi aldatmamalıdır. Rəqibin heyətində matçın taleyini həll edəcək oyunçular var. Bakıdakı oyunda daha ciddi olmalıyıq. Rəqib birinci qolu vuranda həyəcan oldu. Lakin bunu üstümüzdən atdıq. İstəməzdik ki, qol buraxaq. Bizim əsas məqsədimiz hər görüşdə qol vurmaqdır".
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.