Sitat.info portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Avqustun 19-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən "Sitat.info"ya verilən məlumata görə axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.