İsrail müdafiə naziri İsrael Kats Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Kan” telekanalı məlumat yayıb.
Müdafiə naziri gözlənilən əməliyyatı “Gideonun Arabaları 2” adlandırıb.
“Əməliyyatdan sonra Qəzza şəhəri öz görünüşünü dəyişəcək, daha əvvəlki kimi görünməyəcək”, - Kats bildirib.
Telekanalın məlumatına görə, yaxın vaxtlarda İsrail Müdafiə Qüvvələrinin ehtiyat hissələrinin əlavə səfərbər olunması ilə bağlı elanın veriləcəyi gözlənilir.