AZ

CNN: Macarıstan və İsveçrə Ukrayna sammiti üçün nəzərdə tutulub

Ağ Ev Macarıstan və İsveçrəni Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında gələcək görüş, habelə ABŞ Prezidenti Donald Trampla növbəti üçtərəfli sammit üçün mümkün yerlər kimi nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə CNN Ağ Evin rəsmilərinə istinadla məlumat verib.

Rəsmilərdən biri deyib ki, ABŞ Prezidenti “həm Trampın, həm də Putinin müttəfiqi olan” Macarıstanın Baş naziri Viktor Orbanla bu yaxınlarda telefon danışığında Budapeştdə görüşün keçirilməsi imkanını şəxsən müzakirə edib.

Mənbələr yekun qərarın verilmədiyini və müxtəlif variantların müzakirə edildiyini vurğulayıblar. Bir məmur qeyd edib ki, Trampın Putin və Zelenskinin əvvəlcə görüşməli olduqlarını bildirməsindən sonra üçtərəfli sammitin planlaşdırılması arxa plana keçib.

Seçilən
9
4
ikisahil.az

6Mənbələr