AZ

Mask GERİ ÇƏKİLİR

Amerikalı milyarder İlon Mask respublikaçı elektoratı özünə cəlb etməmək və ABŞ-ın vitse-prezidenti J.D.Venslə dostluq münasibətlərini davam etdirmək üçün öz partiyasını yaratmağı dayandırmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, Mask 2028-ci il prezident seçkilərində Vensə maliyyə dəstəyi verməyi düşünür, lakin hələlik öz partiyası ideyasından əl çəkmək istəmir və ara seçkilər yaxınlaşdıqca bu məsələ ilə bağlı fikrini dəyişə bilər.

Qeyd edilib ki, Mask ABŞ Prezidenti Donald Trampın və Respublikaçılar Partiyasının digər üzvlərinin kampaniyasına təxminən 300 milyon dollar xərcləyib.

Seçilən
147
publika.az

1Mənbələr