AZ

Putin Zelenskiyə Moskvada görüş təklif edib

Rusiya diktatoru Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə Moskvada görüşməyi təklif edib. Ukrayna lideri bundan imtina edib. Bu barədə AFP xəbər verir.

Nəşrin qeyd etdiyi kimi, Putin avqustun 18-də ABŞ prezidenti Donald Trampla danışıqlar zamanı Moskvada Zelenski ilə ikitərəfli görüş təşkil etməyi təklif edib. Həmin vaxt Avropa liderləri ilə Ağ Evdə olan Ukrayna prezidenti “yox” cavabını verib.

Xatırladaq ki, Tramp və Putin avqustun 15-də Alyaskada görüşüblər və avqustun 18-də Zelenski ABŞ-a uçub, orada Ağ Evdə Tramp və Avropa liderləri ilə danışıqlar aparıb.

Bundan sonra Tramp Putinə zəng edərək liderlər səviyyəsində görüş barədə razılığa gəlib.

Rusiya görüşün ikitərəfli formatda keçirilməsinin tərəfdarıdır. Bundan sonra, yəqin ki, Zelenski, Tramp və Putinin iştirakı ilə üçtərəfli görüş baş tuta bilər.

Əziz Mustafa

Seçilən
21
oxumeni.az

1Mənbələr