AZ

Tramp: Ukrayna NATO-ya üzv olmayacaq

ABŞ Prezidenti Donald Tramp Ukraynanın NATO-ya üzv olmayacağını bəyan edib.

 

Bu barədə o, “Fox News”a müsahibəsində danışıb.

 

"Hansısa formada təhlükəsizlik təmin olunacaq. Amma bu NATO ola bilməz, bu baş verməyəcək", - Tramp bildirib.

 

O, həmçinin qeyd edib ki, ABŞ Ukraynaya birbaşa hərbi yardım göstərmir.

 

"Onlar silahları NATO vasitəsilə alırlar. Biz hərbi texnika istehsal edir və onu tam qiymətə NATO-ya satırıq. NATO da bizə dərhal ödəniş edir. Hər şey belə işləyir. Sonra NATO texnika ilə bağlı istədiyi kimi hərəkət edir, lakin əsasən onu Ukraynaya verir", - Tramp izah edib.

Seçilən
85
1
senzor.az

10Mənbələr