"Mənimlə Rusiya lideri Vladimir Putin arasında qarşılıqlı anlaşma ABŞ-ın milli təhlükəsizliyi üçün çox vacibdir".
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp radio aparıcısı Mark Levinə müsahibəsində deyib.
Amerika Prezidenti vurğulayıb ki, belə dialoqun olmaması ölkə üçün ciddi təhlükə yarada bilər.
“Əgər o və mən bir-birimizi başa düşməsəydik, bu, əslində bizi bir ölkə olaraq təhlükəli vəziyyətə salardı”, - Tramp deyib.