AZ

Bu gün yağış yağacaq

Azərbaycanda avqustun 20-də bəz yerlərdə yağış yağacağı gözlənilir.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Seçilən
58
50
publika.az

10Mənbələr