ABŞ hesab edir ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş yaxın iki həftə ərzində baş tuta bilər.
APA xəbər verir ki, bunu ABŞ-ın protokollar üzrə rəhbəri Monika Krouli “Fox News”a müsahibəsi zamanı deyib.
"Beləliklə, prezidentlər Putin və Zelenski arasındakı bu ikitərəfli görüş yaxın iki həftə ərzində baş tuta bilər.", - o bildirib.