AZ

"Biz bu gün bu oyunu bayram etməli deyilik" - Qurban Qurbanov

"Futbolçularım bu qədər azarkeş önündə sona qədər döyüşdülər, əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar".

"Football-plus.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Macarıstanda "Ferentsvaroş"a 3:1 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis azərbaycanlı azarkeşlərə təşəkkür edib:
"Rəqibin də azarkeşlərinə təşəkkür edirəm. Onlar meydanda möhtəşəm atmosfer yaratmışdılar. Üstünlüyümüz var, amma hesab bizi aldatmalı deyil. Bakıdakı oyunda daha ciddi və diqqətli olmalıyıq. "Ferentsvaroş"un elə bir oyun üslubu var ki, heç nədən qol vura bilərlər. Hər bir halda ikinci oyunda şansımızdan maksimum dərəcədə yararlanmağa çalışacağıq. Çünki hesabda geridə idik. Fasilədən sonra çox qol vurmaq istəyirdik".

O, ilk qoldan sonra həvəsdən düşmədiklərini bildirib:
"Səfərdə ilk qolu buraxanda komandanın həyəcanı artır. Qoldan sonra 10-15 dəqiqə üzərimizdə təzyiq çoxaldı. Lakin get-gedə oyunu ələ almağa başladıq. İkinci hissəyə baxarsaq, daha çox riskə getdik. Çünki məğlub olurduq. İlk yarıda qol vurmağı istəyirdiksə, ikinci hissədə buna daha da həvəsli olduq. Amma istəməzdik ki, qol buraxaq. Futbolçularımdan daha çox tələbim artıq çalışıb qol vurmaqdı”.

Qurbanov səfərdən üstün hesabla dönsələr də cavab oyununa daha ciddi hazırlaşacaqlarını bildirib:
“Qətiyyən özümüzü qalibik deyə rahatlaşdırmırıq. Bu Çempionlar Liqasıdı. Qarşımızda çox ciddi komanda və istəkli, məğlub olmağı xoşlamayan baş məşqçi var. Rəqibin oyun üslubu elədi ki, istənilən standart vəziyyətlər və ya hücumda qol vurmaq bacarığı olan oyunçuları və oyun üslubu var. Biz buradakı oyundan sonra Bakıdakı qarşılaşmaya daha da ciddi hazırlaşmalıyıq. Arxayınlaşmalı deyilik. Çünki hər buraxılan qol komandada inamsızlıq yaradır. Ona görə də Bakıdakı görüşdə daha da ciddi olmalıyıq. Biz bu gün bu oyunu bayram etməli deyilik”.
Seçilən
5
football-plus.az

1Mənbələr