AZ

Millinin sabiq futbolçusu 40 yaşında vəfat etdi 

Zimbabve milli komandasının sabiq hücumçusu Tenday Ndoro 40 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zimbabve Futbol Federasiyası məlumat yayıb. Lakin onun ölüm səbəbi açıqlanmayıb.

“Biz sabiq milli komandamızın hücumçusu Tenday Ndoronun vaxtsız itkisi xəbərindən dərindən kədərlənirik. Ndoro istedadlı hücumçu idi və ölkəmizi böyük qürurla təmsil edirdi. Onun bacarığı, işinə sadiqliyi və futbola olan ehtirası çoxları üçün ilham mənbəyi olub, Zimbabve futboluna verdiyi töhfə daim xatırlanacaq.

Federasiya, futbol ailəsi və bütün ölkə adından bu çətin vaxtda Tenday Ndoronun ailəsinə, dostlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – deyə açıqlamada bildirilib.

Seçilən
13
4
bakivaxti.az

5Mənbələr