Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Hindistan və Çin birbaşa uçuşları mümkün qədər tez bərpa etmək barədə razılığa gəliblər.
Bu barədə Hindistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, Çinin xarici işlər naziri Vanq Yinin Dehliyə səfərindən sonra bununla bağlı razılıq əldə olunub.
Bildirilir ki, tərəflər turistlər, biznes nümayəndələri, KİV və digər kateqoriyadan olan vətəndaşlar üçün viza rejiminin mümkün sadələşdirilməsini də müzakirə ediblər.
Qeyd edək ki, Hindistan və Çin arasında sərnişin reysləri 5 ildir dayandırılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.