AZ

Dövlət İmtahan Mərkəzi 100 min manatlıq təhlükəsizlik divarları alır

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsi şəbəkə avadanlıqlarının satınalınması ilə bağlı keçirdiyi tender müsabiqəsinin qalibini açıqlayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma çərçivəsində Next Generation Firewall (NGF) — yeni nəsil təhlükəsizlik divarlarının alınması planlaşdırılır. Ümumi olaraq 10 ədəd NGF avadanlığı nəzərdə tutulub.

Tenderin qalibi “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti olub. Tərəflər arasında 99.946 manat dəyərində müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, nizamnamə kapitalı 500.000 manat olan qalib şirkətin qanuni təmsilçisi Nigar Bayramova Əlimirzə qızıdır.

Hazırda bu satınalmanın konkret texniki xüsusiyyətləri və təchizatın həyata keçiriləcəyi tarix barədə əlavə məlumat verilməyib. Lakin NGF texnologiyası dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Seçilən
86
nocomment.az

1Mənbələr