AZ

Bu ölkədə meşə yanğınları tüğyan edir

İpaniyanın şimal və qərbində iri meşə yanğınları bir neçə bölgədə dəmir yolu və avtomobillərin hərəkətinin məhdudlaşdırılmasına səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə "El Pais" məlumat yayıb.

Nəşrin məlumatına görə, Ekstremadura, Qalisiya, Kastilya və Leon bölgələrində ciddi yanğınlar baş verib. Məşhur 50 km-lik Camino de Santiago ziyarət yolunun bir hissəsi də bağlanıb.

Avropa Meşə Yanğınları İnformasiya Sisteminin avqustun 18-nə olan məlumatına görə, artıq 38 min hektara yaxın bitki örtüyü yanıb. Müqayisə üçün qeyd edək ki, ötən il İspaniyada yanğın 42 hektar meşə sahəsini məhv edib.

Yanğınlarla əlaqədar 30 minə yaxın insan təxliyə edilib, dörd nəfər həlak olu.

Seçilən
97
27
publika.az

10Mənbələr