2026-cı ilin 1 yanvar tarixinə Azərbaycanın xarici dövlət borcunun 4 874 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 20.121,3 milyon manat olmaqla ümumi dövlət borcunun 28 407,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır...
Poliqon xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
2026-cı ilin 1 yanvar tarixinə xarici dövlət borcunun 57,2 faizinin 5 ilədək, 35,4 faizinin 5-10 il ərzində, 7,4 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur.
2026-cı ilin 1 yanvar tarixinə daxili dövlət borcunun 55,7 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 14,9 faizi 1 illik, 57,0 faizi 2-3 illik, 30,0 faizi isə 5-il və daha artıq istiqrazların payına düşməsi proqnozlaşdırılır.
Poliqon.info