Bu ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39,2 milyard manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 836,0 milyon manat və ya 2,2 faiz çoxdur.
Bu barədə Milli.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Dövlət büdcəsinin gəlirlərinin 49,1 faizi vəya 19,2 milyard manatı neft-qaz sektorunun, 50,9 faizi və ya 19,9 milyard manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 470,0 milyon manat və ya 2,5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 366,0 milyon manat və ya 1,9 faiz artması gözlənilir. Dövlət büdcəsi gözlənilən gəlirlərinin 16,3 milyard manatı və ya 41,6 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6,6 milyard manatı və ya 16,8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 14,5 milyard manatı və ya 36,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 680,0 milyon manatı və ya 1,7 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 1,1 milyard manatı vəya 2,8 faizi sair gəlirlərin payına düşür.
Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 16,3 milyard manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 820,0 milyon manat və ya 5,3 faiz çoxdur. Qeyd olunan vəsaitin 4,3 milyard manatı və ya 26,3 faizi neft-qaz sektorunun, 12 milyard manatı və ya 73,7 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcək. Neft-qaz sektoru üzrə vergi daxilolmalarının 41,9 faizini və ya 1,8 milyard manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilər, 9,3 faizini və ya 400,0 milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 48,8 faizini vəya 2,1 milyard manatını isə Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir. 2025-ci ildövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə 1000 kub metrinin orta satış qiymətinin 71 ABŞ dolları artırılaraq 313,0 ABŞ dolları müəyyən edilməsi ilə əlaqədar Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi üzrə daxilolmaların 600,0 milyon manat və ya 40,0 faiz artacağı gözlənilir.2 025-ci il dövlət büdcəsində vergi orqanlarının xətti ilə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 12 milyard gözlənilir ki, bu da cari il üçün təsdiq olunmuş göstəricisi ilə müqayisədə 350,0 milyon manat və ya 3,0 faiz çoxdur. Cari ilin yanvar-iyun ayları üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə təmin edilmiş daxilolmaların proqnozdan 466,4 milyon manat vəya 5,7 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 218,6 milyon manat vəya 3,5 faiz, neft-qaz sektoru üzrə isə 247,8 milyon manat və ya 12,2 faiz çox olması 2025-ci ilin sonuna gözlənilən daxilolmaların artmasına zəmin yaradıb.
"2025-ci ilin sonuna büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 680,0 min manat olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəricidən 200,0 min manat vəya 22,7faiz az, dövlət əmlakının, özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların 40,0 min manat olacağı proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəricidən 6,0 min manat vəya 17,6 faiz çox, sair daxilolmaların isə 1,1 milyard manat səviyyəsində olacağı və təsdiq olunmuş göstərici ilə(861,0 milyon manat) müqayisədə 210,0 milyon manat və ya 24,4 faiz artım təşkil edəcəyi gözlənilir.
Dövlət büdcəsinə gömrük rüsumları və idxala görə vergi daxilolmaları (6,6 milyard manat), Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert (14,5 milyard manat) üzrə daxilolmaların təsdiq olunan proqnoz göstəricisi ilə eyni səviyyədə qalacağı gözlənilir", - məlumatda qeyd edilib.
Milli.Az