2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 55 faiz artıqdır.
Operativ Media xəbər verir ki, Fondun məlumatına görə, ilk yarım ildə qurum tərəfindən 13 milyon 115 min manat, yəni ötən ilin eyni dövrünə nisbətən 18 faiz artıq sığorta haqqı toplanılıb.
Hesabat dövründə əkin sahələrinə ən çox zərər vuran hadisələr - dolu (əkin sahələrinin 65 faiz), sel-subasma (15 faiz), fırtına (17 faiz) və leysan (2 faiz) halları olub.