AZ

Litva və İsrail səfirləri Azərbaycanla əməkdaşlığı müzakirə ediblər

Litva və İsrail səfirləri Bakıda Cənubi Qafqazdakı siyasi vəziyyəti və Azərbaycanla tərəfdaşlığı müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus məlumat verib.

"İsrailin Bakıdakı yeni səfiri Ronen Krausu Litva səfirliyində böyük məmnuniyyətlə salamlayırıq. Regionda cərəyan edən hadisələr barədə fikir mübadiləsi aparmaqdan və Azərbaycan-İsrail strateji münasibətləri haqqında daha çox məlumat əldə etməkdən məmnun oldum. Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm", - K.Vaşkelyaveçyus yazıb.

Seçilən
15
4
bakivaxti.az

5Mənbələr