AZ

Dərmanları əvəzedicisi ilə dəyişmək olarmı? VİDEO

Bakı, 19 avqust, AZƏRTAC

“Bu dərman yoxdur, əvəzedicisini verim?”. Bir çoxumuz apteklərdən dərman alarkən bu sualı eşidirik. Həkimin reseptə yazdığı dərman aptekdə olmadığı təqdirdə, əczaçı əvəzedici kimi eyni tərkibdə, amma başqa adla dərman təklif edir. Əczaçılar isə deyirlər ki, bəzən eyni tərkibli dərman fərqli adlarda və qiymətlərdə olur. Belə olan halda, onlar alıcılara alternativlər təklif edirlər. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş mütəxəssisi Elvin Nağıyevin sözlərinə görə, əczaçıların əvəzedici dərman təklif etmələri qadağan deyil. Hətta reseptdəki dərman aptekdə olduğu halda belə, əczaçı alternativlər təklif etməlidir.

Daha ətraflı AZƏRTAC-ın videomaterialında.

 

Seçilən
58
azertag.az

1Mənbələr