AZ

"Qarabağ" - "Neftçi" oyunu Zəfər Günü ərəfəsində keçiriləcək

Misli Premyer Liqasında cari mövsümdə ilk Azərbaycan derbisinin hansı turda keçiriləcəyi müəyyənləşib.

"Report" xəbər verir ki, bu, Peşəkar Futbol Liqasının açıqladığı geniş təqvimdə əksini tapıb.

"Qarabağ" - "Neftçi" matçı XI tura təsadüf edəcək. Bu turun görüşləri noyabrın 7-9-u aralığında keçiriləcək.

Xatırladaq ki, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

Seçilən
20
6
report.az

9Mənbələr