AZ

Azərbaycanlılar daha ət yemirlər?

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 25 min 180 ton ət idxal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə , bu həcmdə ətin dəyəri 55 milyon 116 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 min 542 ton (18 %), dəyər baxımından isə 13 milyon 427 min ABŞ dolları (19,5 %) azdır.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ini təşkil edib.

Bu azalma əsasən alıcılıq qabiliyyəti ilə, yoxsa mövsümi təsirlərlə bağlıdır?

Mövzu ilə bağlı “ Cebheinfo.az” –a açıqlama verən iqtisadçı- ekpert Akif Nəsirli bildirdi ki, ölkədə ətə təlabat olduqca çoxdur:

"İlk olaraq onu qeyd edim ki, bu statistik göstəricilərin həqiqiliyinə şübhələrim var. Çünki Azərbaycan daxilində ətə təlabat daha çoxdur. Yəni təklif az, tələb çoxdur. Ona görə də ölkə daxilində əti bahalaşır. Son bir neçə gündə mal ətinin qiyməti 16 manatdan 17 manata, quzu ətinin qiyməti isə 20 manatdan 22 manata qədər bahalaşıb.

Məsələ burasındadır ki,  idxal ətinin təyinatı Azərbaycan daxilində  bazarlar deyil. İdxal ətinin təyinatı əsasən çoxlu şəxsi heyəti olan dövlət və  özəl müəssisələrinə aiddir. Hərbi hissələr, həbsxanalar və digər böyük yerlər idxal ətindən daha çox istifadə edir".

Ekspert qeyd etdi ki, yerli ətə üstünlük və mövsümi təsirlər idxal ətinə tələbatı azaldıb:

“Bazarlarda isə  idxal ətinə tələbat böyük deyil, yəni idxal üçün  iri çəkidə xırdabuynuzlu heyvanların pərakəndə  satış bazarlarına girməsində müəyyən çətinliklər var.

Vətəndaşlar idxal ətinə hələ öyrəşməyiblər, daha çox  yerli ətə üstünlük verirlər. Ola bilsin ki, isti yay aylarında  daxili bazarlarda idxal ətinə təlabat bir qədər də azalıb. Ona görə bu, ümümi ət idxalına təsir edib. 

Amma hər halda Azərbaycana ət idxalının azalması inandırıcı görünmür, bu rəqəmlərin həqiqiliyi bir daha araşdırılmalıdır”.

Gülər

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
cebheinfo.az

3Mənbələr