AZ

Birigün Rəqsanənin apellyasiya şikayətinə baxılacaq

Dələduzluqda təqsirləndirilən müğənni Rəqsanə İsmayılovanın həbsi ilə bağlı qərardan apellyasiya şikayəti verilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsində icraata götürülüb.

Şikayətə avqustun 21-də hakim Qədim Bababyevin sərdliyi ilə baxılacaq. pizza mizza

1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, 2 nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Seçilən
96
18
yenisabah.az

10Mənbələr