AZ

“Qarabağ”ın keçmiş futbolçusu: Azərbaycan çempionunun “Ferensvaroş”a hər iki oyunda qalib gələcəyinə inanıram

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 19 avqust, AZƏRTAC

Düşünürəm ki, "Qarabağ"ın "Ferensvaroş"la oyunlarda şansı daha yüksəkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Elvin Məmmədov Ağdam klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferensvaroş" komandasına qarşı keçirəcəyi oyunlar barədə danışarkən deyib.

Hazırda I Liqa təmsilçisi "Səbail"in baş məşqçisi olan mütəxəssis Azərbaycan çempionunun Vətənə qələbə ilə qayıdacağına inandığını bildirib: “Qarabağ” hər il inkişaf edən klubu imicini yaradıb. Buna görə də onların hər iki görüşdə qalib gələcəyinə inanıram. Düzdür, “Ferensvaroş” “köhlən atlar”ın bundan əvvəlki mərhələlərdə qarşılaşdığı “Şelburn” və “Şkendiya”dan daha ciddi rəqibdir. Böyükhesablı nəticə olmasa da, meydanda gərgin mübarizə gedəcək. Əminəm ki, “Qarabağ” bu dueldən qalib çıxacaq”.

Qeyd edək ki, bu gün keçiriləcək “Ferensvaroş” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
2
azertag.az

3Mənbələr