AZ

İran və Ermənistan ikinci Norduz körpüsünün tikintisi barədə razılaşıblar

Tehran və İrəvan ikinci Norduz körpüsünün tikintisi barədə razılığa gəliblər.

Bakues.az xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran mətbuatına verdiyi açıqlamasında bildirib.

“Yol sahəsində iki ölkə ikinci Norduz körpüsünün tikintisi, mövcud körpünün yaxşılaşdırılması, terminalların nizamlanması və yük maşınları üçün rüsumların tənzimlənməsi ilə bağlı ilkin razılıq əldə ediblər”, – deyə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq xəbər verib.

O əlavə edib ki, Fars körfəzi ilə Qara dənizi dəmir yolu vasitəsilə birləşdirəcək strateji layihə irəliləyir.

“İranda Culfa istiqamətində dəmir yolu artıq mövcuddur və onun Naxçıvandan İrəvana qədər davam etdirilməsi təsdiqlənib. Bu dəmir yolu İran, Azərbaycan, Ermənistan və Avropa arasında tranzitdə mühüm rol oynaya bilər”, – deyə Sadiq qeyd edib.

Seçilən
30
13
icma.az

10Mənbələr