AZ

Saatlıda avtomobil su kanalına aşıb, sürücü xəsarət alıb

Saatlı, 19 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı rayonunda minik avtomobilinin su kanalına aşması nəticəsində sürücü xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Kamallı kəndinin ərazisində qeydə alınıb.

İmişli rayon sakini Rauf Bəxtiyar oğlu Şükürov 99-UK-638 dövlət qeydiyyat nişanlı "Opel" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq su kanalına aşıb.

Hadisə nəticəsində avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan sürücü Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən deformasiyaya uğramiş nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
5
azertag.az

7Mənbələr