AZ

Lüksemburq bələdiyyələri “Katanom” atom elektrik stansiyasının bağlanmasını tələb edir

ain.az bildirir, Azertag portalına istinadən.

Lüksemburq, 19 avqust, AZƏRTAC

Lüksemburqun otuzadək bələdiyyəsi, Fransanın şimal-şərqində yerləşən “Katanom” Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin uzadılmasına qarşı çıxaraq, onun tamamilə bağlanmasını tələb edir. Bu məqsədlə onlar enerji naziri Leks Dellə görüş keçirmək istədiklərini bildiriblər.

AZƏRTAC xəbər verir ki, Fransanın Nüvə Təhlükəsizliyi Təşkilatının (ASN) “Katanom” AES-in 2026-cı ildən sonrakı fəaliyyətinə dair ümumi tələbləri təsdiqləməsi Lüksemburq bələdiyyələri arasında narahatlıq və narazılıqla qarşılanıb. Bu məqsədlə 2011-ci ildə yaradılmış və bu gün 27 bələdiyyədən ibarət platforma yenidən aktivləşdirilib.

Platforma üzvləri nüvə enerjisinin qəti şəkildə rədd edilməli olduğunu və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi vasitəsilə enerji keçidinə çatmağın vacibliyini vurğulayırlar. Platformaya üzv olan bələdiyyələr, nüvə enerjisinin təhlükəsiz gələcək texnologiyası olmadığını bildirir və operator şirkətlərin əks iddialarını real təhlükələrlə ziddiyyətli hesab edirlər.

“Katanom” AES ilə bağlı vəziyyət daha da kritik hesab olunur. Bunun səbəbi isə son illərdə aşkarlanan çatların (fissurların) gərginlik korroziyasına görə yaranmasıdır. Bu çatların səbəbləri hələ də tam müəyyənləşdirilməyib. Eyni zamanda, onların necə təmir ediləcəyi və ya genişlənməsinin qarşısının necə alınacağı da bilinmir.

Leks Dellə görüş zamanı AES-in bağlanması, enerji keçidi üzrə strategiyalar və əlavə tədbirlərin müzakirəsi nəzərdə tutulur.

“Katanom” AES Fransa ilə Lüksemburq sərhədinə yaxın yerləşir və ölkə ictimaiyyəti illərdir onun təhlükəsizliklə bağlı narahatlıqlarını dilə gətirir. Bu yeni təşəbbüs, atom enerjisindən imtina və yaşıl enerjiyə keçid tələblərini gücləndirmək məqsədi daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
azertag.az

3Mənbələr