AZ

Zelenskinin geyimində dəyişikliyi Tramp tərifləyib

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

Jurnalistlərdən biri Ukrayna Prezidentinin bu kostyumda “möhtəşəm” göründüyünü bildirib

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini Ağ Evdə görüş üçün yeni geyim seçdiyinə görə tərifləyib. AYNA.AZ xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Zelenskinin Ağ Evə qara pencək və qara köynəkdə gəldiyini görən amerikalı jurnalistlərdən biri Ukrayna Prezidentinin bu kostyumda “möhtəşəm” göründüyünü bildirib.

Tramp iltifata qoşularaq Zelenskinin geyimini bəyəndiyini qeyd edib.

Ukrayna lideri bu kostyumun onun qarderobunda ən yaxşı şey olduğunu qeyd edərək gülərək cavab verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
ayna.az

1Mənbələr