AZ

Türkiyədə 45 000-nəfərə yaxın Azərbaycanlı tələbə təhsil alır

Türkiyə Respublikasının (bundan sonra TR) aidiyyəti qurumlarından əldə olunan məlumata əsasən bildiririk ki, hazırda qardaş ölkədə 45000-nəfərə yaxın Azərbaycanlı tələbə təhsil alır.

Bu xüsusda, TR ali təhsil müəssisələrindən (bundan sonra - ATM) əldə olunmuş kvalifikasiyalar barədə 2019-2024-cü illər üzrə aparılmış təhlil təhsil alan tələbələrin sayındakı artan dinamika, tanınma üzrə verilən yekun qərarlar, eləcə də beynəlxalq reytinq sıralamasında ilk 1000-likdə yer alan TR ATM-lərindən əldə olunan kvalifikasiyalar barədə ümumi məlumatları ehtiva edir.

Məlumat üçün bildiririk ki, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - TKTA) 22578 müraciət daxil olmuşdur ki, bu müraciətlərin 5327-si (19%) TR-dən əldə olunan kvalifikasiyaların payına düşür.

Seçilən
21
operativmedia.az

1Mənbələr