AZ

Bu gün Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçiriləcək

Bakı,19 avqust, AZƏRTAC

Bu gün Misli Premyer Liqasında ilk turun daha bir oyunu təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu mövsüm Azərbaycanı UEFA Konfrans Liqasında təmsil etmiş “Zirə” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcək.

Zirə İdman Kompleksinin stadionunda reallaşacaq görüş saat 20:00-da başlayacaq. Matçı Rəvan Həmzəzadə idarə edəcək.

Qeyd edək ki, I turun baş tutan 4 matçında “Turan-Tovuz” “İmişli”ni (1:0), "Sumqayıt" "Kəpəz"i (3:0) məğlub edib. "Karvan-Yevlax" - "Qəbələ" və "Neftçi" - "Şamaxı" görüşlərində 1:1 hesablı heç-heçə qeydə alınıb. Turun “Sabah” - “Qarabağ” matçı isə təxirə salınıb.

Seçilən
1
1
azertag.az

2Mənbələr