AZ

Ryazandakı partlayışda ölənlərin sayı 25-ə çatıb

Ryazandakı

Ryazan bölgəsindəki Şilov rayonunda yerləşən "Elastik" zavodunun barıt sexində baş verən partlayış nəticəsində ölənlərin sayı 25-ə yüksəlib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

"Ryazan bölgəsində daha bir mərhumun cəsədi çıxarıldı" deyib Telegram kanalında.

Məlumatda bildirilir ki, ümumilikdə 158 nəfər yaralanıb, onlardan 25-i ölüb.

Ötən gün 24 nəfərin öldüyü bildirilir. Xatırladaq ki, müəssisədə partlayış və yanğın avqustun 15-də baş verib. Zərərçəkənlər Ryazan və Moskvadakı xəstəxanalara yerləşdirilib.

İlkin versiyaya görə, hadisənin səbəbi xarici təsirlər olmadan texnogendir. Hadisə ilə bağlı cinayət işi açılıb.

Cavid

Seçilən
2
xalqcebhesi.az

1Mənbələr