AZ

Gürcüstanın xaricə borcu artıb

Gürcüstanın

2025-ci ilin iyul ayına olan məlumata görə, Gürcüstanın dövlət xarici borcu 9.041 mlrd ABŞ dolları (indiki məzənnə ilə 24.473 mlrd lari) təşkil edir. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 229.394 mln dollar çoxdur.

Yerli mətbuat xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, 2024-cü ilin iyul ayına dövlət borcunun həcmi 8.812 mlrd dollar idi.

Eyni zamanda, Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin iyuluna hökumətin birbaşa xarici borcu 8.705 mlrd dollar olub. Bunun 6.623 mlrd dolları çoxtərəfli kreditorlara, 1.483 mlrd dolları isə ikitərəfli kreditorlara məxsusdur.

Qeyd edilir ki, hesabat dövründə Gürcüstan Milli Bankının xarici öhdəliyi 335.9 mln dollar təşkil edib.

2025-ci ilin iyul ayına olan məlumata görə, Gürcüstanın ən iri kreditorları Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır (IBRD).

Cavid

Seçilən
7
xalqcebhesi.az

1Mənbələr