AZ

Ançelotti Vinisusu Braziliya millisinə çağırmayacaq: Səbəb nədir?

“Real”ın vingeri Vinisius Junior 2026-cı il dünya çempionatının seçmə mərhələsində Braziliya millisinin qarşıdakı oyunlarını buraxacaq.

Publika.az xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.

Braziliya yığması sentyabrın 5-də Çili, sentyabrın 10-da isə Boliviya ilə qarşılaşacaq. Mənbənin məlumatına görə, baş məşqçi Karlo Ançelotti futbolçuya istirahət vermək qərarına gəlib. Çili ilə oyunu Vinisius onsuz da buraxacaqdı. Buna səbən isə sarı vərəqə limitini doldurması idi.

Qeyd edək ki, Braziliya millisi artıq dünya çempionatına vəsiqəni təmin edib. Ançelottinin komandası Cənubi Amerika seçmələrinin turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

Seçilən
61
publika.az

1Mənbələr