BAKI, 19 avqust. TELEQRAF
İspaniya təmsilçisi “Real Madrid”in oyunçusu Vinisius Junior 2026-cı il dünya çempionatının seçmə mərhələsində Braziliya millisinin qarşıdakı oyunlarını buraxacaq.
Teleqraf “Globo” nəşrinə istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Karlo Ançelotti futbolçuya istirahət vermək qərarına gəlib.
25 yaşlı vinger sentyabrın 5-də sarı vərəqə limiti səbəbindən Çili ilə oyunu buraxacaqdı. Buna görə Braziliya millisinin sentyabrın 10-da Boliviya ilə qarşılaşmasında Vinisius yer almayacaq.
Qeyd edək ki, Braziliya millisi artıq DÇ-yə vəsiqəni təmin edib. Ançelottinin komandası Cənubi Amerika seçmə mərhələsinin turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.