AZ

Gəncədə iki minik avtomobili toqquşub, ölən var

Gəncədə ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 1-ci mikrorayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Chevrolet" markalı minik avtomobili ilə "Toyota" toqquşub.

Qəza nəticəsində 1 nəfər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.

Seçilən
57
50
apa.az

10Mənbələr